Antonio Quterreş: insan təbiətlə intihara bərabər müharibə aparır
02.12.2020 22:20

İnsan təbiətlə intihara bərabər müharibə aparır.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu barədə Kolumbiya Universitetində çıxışı zamanı deyib.

 

“Bəşəriyyət təbiətlə müharibə aparır. Bu intihardır. Təbiət hər zaman cavab zərbəsi endirir və artıq bunu artmaqda davam edən gücü və qüvvəsi ilə edir”, - deyə A. Quterreş bildirib. Onun sözlərinə görə, bioloji müxtəliflik dağıdılır, bir milyon növ məhv olmaq təhlükəsi qarşısında qalıb. Ekoloji sistem göz önündə tələf olur, səhralar genişlənir. “Biz hər il 10 milyon hektar meşə sahəsini itiririk”, - deyə BMT-nin Baş katibi əlavə edib.

 

A. Quterreş bildirib ki, plastik tullantılar içərisində boğulan dünya okeanı tükənir və mərcan rifləri məhv olur. Havanın çirklənməsi səbəbindən hər il 9 milyon insan həyatını itirir. İnsanlar heyvanların yaşayış mühitinə daha çox daxil olur və vəhşi təbiəti məhv edir.

 

“Unutmayaq ki, insan həyatına təhlükə törədən yeni infeksiyaların 75 faizi heyvan mənşəlidir”, - Antonio Quterreş vurğulayıb.

 

Baş katib qeyd edib ki, Dünya Meteorologiya Təşkilatının və BMT-nin ətraf mühit barədə proqramının iki məruzəsi bəşəriyyətin iqlim fəlakətinə nə qədər yaxın olduğunu göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib