İnterpol COVID-19 testləri və peyvəndləri ilə bağlı xəbərdarlıq edib
02.12.2020 21:13

İnterpol koronavirus əleyhinə peyvəndlərin meydana çıxması ilə əlaqədar mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin intensivləşməsi fonunda ölkələrin səylərini əlaqələndirməyə ehtiyac olduğunu bəyan edib.

 

Bu barədə təşkilatın saytında məlumat verilib.

 

“Pandemiyanın başlanması ilə COVID-19 və qrip peyvəndlərinin saxtalaşdırılması, oğurlanması və qanunsuz reklamı ilə əlaqəli potensial cinayət fəaliyyətləri meydana çıxıb. Bu cür cinayət xarakterli əməllər fərdi şəxslərin saxta peyvəndləri reklam etməsi və satışını təşkil etməsini də əhatə edir. COVID-19 peyvəndlərinin təsdiqlənməsi və qlobal paylanması mərhələsi yaxınlaşdıqca, tədarük zəncirinin təhlükəsizliyini təmin etmək və saxta məhsul satan qanunsuz veb saytları müəyyənləşdirmək vacibdir.

Hüquq-mühafizə orqanları və səhiyyə tənzimləyici qurumlar arasında koordinasiyaya ehtiyac var və bu fərdlərin təhlükəsizliyini və cəmiyyətlərin rifahının qorunmasını təmin etmək üçün çox vacib rol oynayacaq. Cinayət şəbəkələri, saxta veb saytlar və saxta müalicə vasitələri ilə şübhəsiz ki, cəmiyyətin üzvləri hədəf alınacaq.  Bu, insanların sağlamlıqları, hətta həyatları üçün əhəmiyyətli risk yarada bilər”, - deyə qeyd olunub.

 

Bildirilib ki, COVID-19 peyvəndləri ilə yanaşı, beynəlxalq səyahətlər tədricən bərpa olunduqca, virusa dair testlərin daha çox əhəmiyyət kəsb etməsi ilə əlaqədar icazəsiz və saxtalaşdırılmış test dəstlərinin paralel istehsalı və paylanması hallarının meydana çıxacağı ehtimal olunur.

 

COVID-19-la əlaqəli saxtakarlıqlarla yanaşı, İnterpol ictimaiyyətə tibbi avadanlıq və ya dərman axtarışı zamanı internetdən istifadə edərkən xüsusilə diqqətli olmağı tövsiyə edib: “Həyati riskli olan məhsulların sifariş edilməsinin təhlükələrinə əlavə olaraq, İnterpolun Kibercinayətlər Departamenti tərəfindən aparılan araşdırmada, qanunsuz dərman və tibbi məhsullar satmaqda şübhəli bilinən onlayn apteklərlə əlaqəli 3000 veb saytın 1700-də kibertəhdid, xüsusən fişinq və spam olduğu aşkar edilib.

 

Onlayn fırıldaqçıların qurbanına çevrilməmək üçün diqqətli olmaq vacibdir. COVID-19-la əlaqəli son sağlamlıq tövsiyələrini almaq üçün hər zaman milli səhiyyə orqanlarınızla və ya Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə saxlayın”.

 

İnterpolun Baş katibi isə deyib ki, hüquq-mühafizə orqanlarının COVID-19 peyvəndi ilə əlaqəli bütün növ cinayət fəaliyyətlərinə və hücumlara mümkün qədər hazır olması vacibdir, elə bu səbəbdən təşkilat bu qlobal xəbərdarlığı edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub