Nanohissəciklər yosunlara toksik təsir göstərir
02.12.2020 21:22

Cenevrə Universiteti və Santa-Barbara Kaliforniya Universitetindən olan tədqiqatçıların fikrincə, gümüş nanohissəciklər “Poterioochromonas malhamensis” adlı mikroskopik yosunlara pis təsir edir. Tədqiqatın nəticələri “Scientific Reports” nəşrində dərc edilib.

 

Aztibb.az biotech2030.ru saytına istinadla xəbər verir ki, yosunları gümüş nanohissəciklərlə becərəndə onlarda aminturşuların, nukleotidlərin və yağ turşularının mübadiləsi pozulub. Aminturşular zülallar üçün, nukleotidlər DNT və RNT üçün lazımdır, yağ turşuları olmadan membran ola bilməz. Yəni nanohissəciklər hüceyrədə bütün molekulyar-biokimyəvi prosesləri hiss etməli idi.

 

Toksik təsiri yaradan gümüş ionlar olub. Onu yosunlar ətraf mühitdən hər hansı orqanik maddə ilə birlikdə udub. (“Poterioochromonas malhamensis” yosunu fotosintez edə bilir, lakin əlavə olaraq xaricdən hazır orqanik maddələri udur). Gümüş ionlarını toplamış yosunlarda daxili membran son dərəcə keçirici olub, oksidləşmə artıb və nəticədə fotosintez zəifləyib – yosunların oksigen əmələ gətirməsi azalıb. Məlumdur ki, fitoplankton, yəni mikroskopik sadə dəniz yosunları fotosintez qabiliyyətinə malikdir. Gümüş nanohissəciklərin digər yosunlara toksik təsir göstərib-göstərmədiyi hələ məlum deyil. Digər tərəfdən, gümüş nanohissəciklər antibakterial xüsusiyyətə malik olduğu üçün onlardan kənd təsərrüfatında, sənayedə və təbabətdə istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər