Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib
02.12.2020 13:33

Cəlilabadda sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən iki kafe aşkar edilib. Bundan əlavə Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə yaşayış yerini tərk edən koronavirus xəstəsi ərzaq dükanında aşkar olunub.

 

Aztibb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

 

Bundan əlavə, polis əməkdaşları tərəfindən Cəlilabad şəhər sakini olan və COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib