Tokio hökuməti koronavirusla mübarizəyə 310 milyard yen pul ayıracaq
28.07.2020 10:23

Yaponiya paytaxtının hökumət orqanları koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 310 milyard yen (təqribən 2,9 milyard dollar) məbləğində əlavə büdcə layihəsini qəbul edib.

 

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ayrılan vəsait əsasən koronovirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələrə yardım üçün nəzərdə tutulur. Bununla yanaşı, həmin vəsaitin bir hissəsinin səhiyyə müəssislərinin işini yaxşılaşdırmağa yönəldiləcəyi də bildirilir.

 

Tokionun cari maliyyə ili üçün dövlət büdcəsi 7,35 trilyon yen (təqribən 69,7 milyard dollar) məbləğində təsdiq olunub.

 

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Belə ki, son məlumatlara görə bu ölkədə virusa yoluxanların ümumi sayı 31 mini ötüb. Onlardan 1011-nin həyatını itirdiyi bildirilir. Bununla yanaşı, paytaxt Tokionun ölkə üzrə koronavirusun ən çox yayıldığı ərazi olduğu da qeyd edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib