ÜST: Üç ayda ilk dəfə olaraq COVID-19-a yoluxanların sayında azalma müşahidə olunub
02.12.2020 10:56

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə mətbuat konfransında bildirən təşkilatın baş direktoru Tedros Qebreyesus bunu Avropada son həftələrdə koronavirus əleyhinə görülən tədbirlərlə əlaqələndirib.

 

ÜST rəhbəri bununla bağlı əhalini sayıqlığı itirməməyə, səyahətlərdən mümkün qədər imtina etməyə, Yeni il, Milad və digər bayramları dar mühitdə, ev şəraitində keçirməyə çağırıb.

 

“Bayram günləri biz hamımız yaxınlarımızın yanında olmaq istəyirik. Lakin ailə və dostlarla birlikdə olmağa cəhd etməklə biz nə özümüzü, nə də onların həyatını təhlükəyə məruz qoymamalıyıq. Görüşmək barədə qərar qəbul etməklə biz kiməsə təhlükə yaratmadığımıza əmin olmalıyıq”, - deyə ÜST-ün rəhbəri qeyd edib. O, yalnız açıq havada bir araya gəlməyə, fiziki məsafəni saxlamağa, səyahətlərdən, izdihamlı alış-veriş mərkəzlərindən çəkinməyə, zəruri malları mümkün qədər internet vasitəsilə sifariş etməyə, maska taxmağa, dezinfeksiyaedici maddələrdən istifadə etməyə, əlləri tez-tez yumağa çağırıb.

 

“Bütün bu ehtiyat tədbirləri sizə və başqalarına infeksiya riskini minimuma endirməyə kömək edəcək”, - deyə ÜST-ün rəhbəri qeyd edib. O, səbirli olmağı, gələcək üçün planlar qurmağı və yalnız təhlükə sovuşduqda bir araya gəlməyi tövsiyə edib.

 

“Pandemiya, təbii ki, sona çatacaq. Buna biz hamımız öz töhfəmizi verməliyik”, - deyə doktor T. Qebreyesus bildirib.

 

O, qeyd edib ki, ÜST-ün özündə artıq işlənib-hazırlanmaqda olan mövcud vasitələrdən və vaksinlərdən istifadə etməklə pandemiya üzərində qələbə qazanılacağına inanırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır