Bu gündən Türkiyədə koronavirusla bağlı yeni sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb
02.12.2020 09:51

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılma tempini nəzarətə almaq məqsədilə hökumətin qəbul etdiyi növbəti sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb. Bu qərara əsasən dekabrın 1-dən etibarən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21:00-dan 5:00-dək evdən çıxmaq qadağan edilir. Şənbə günü axşam 21:00-da başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5:00-a qədər qüvvədə olacaq.

 

Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, yeni yoluxmalar və ölüm halları artmaqdadır. Belə ki, dekabrın 1-də ölkə üzrə 180 min 312 nəfər testdən keçirilib. Onlardan 30 min 110 nəfərində virus əlaməti aşkarlanıb, 6101 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 190 nəfər ölüb, 4593 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 506 min 966 nəfərdə virus aşkarlanıb, 13 min 936 nəfər ölüb. Ölkə üzrə testdən keçirilənlərin ümumi sayı 20 milyon nəfərə yaxınlaşır.

 

Qeyd edək ki, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, həmçinin 20 və daha aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlar bazar günü istisna olmaqla saat 13:00-dan 16:00-dək evdən çıxa bilərlər. Bundan başqa, maska taxmaq, təmizlik qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib