15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
01.12.2020 19:13

Son günlər koronavirus infeksiyasına yoluxanların artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir. Bu baxımdan İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarəti daha da gücləndirib.

 

Aztibb.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 30-da keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Bizim market”də, Nazim Ağakişiyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Ef market”də, “Nə alsan 1 manat” pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “İqlim mağazası”nda, Mirələm Quliyevə, Məhəmməd Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Araz supermarket Qaraçuxur-2”də, Nəsimi rayonunda Hüseynqulu Əsgərova məxsus mağazada, Sabunçu rayonunda Asif Mustafayevə məxsus dülgər sexində, Nizami rayonunda “Bazarstore”da, Xətai rayonunda Əmrah İsmayılova məxsus “İnşaat materialları mağazası”nda, Zöhrab İbrahimova məxsus geyim mağazasında, Nərimanov rayonunda Elşən Tağıyevə, Elçin Həbibova məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

 

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib