Diabetin ikinci növünün məlum olmayan əlaməti açıqlandı
01.12.2020 11:11

Dırnaqların sarı rəngi diabetin ikinci növünün mövcudluğunu bildirə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə sib.fm saytı “Express” nəşrinə istinadən yazıb.

 

Həkim Elizabet Salada nəşrə danışıb ki, pasiyentlərin müayinəsi zamanı həmişə onların dırnaqlarına diqqət yetirir. Tez sınma (kövrəklik), forma və rəngin dəyişikliyi bir sıra ciddi xəstəliklər, o cümlədən diabetin ikinci növünün əlaməti ola bilər.

 

"Dırnaqların sarı rəngi bəzi hallarda infeksiyadan bəhs edir. Diabet xəstələri onixomikoz adlandırılan göbələkşəkilli infeksiyaya daha çox meyillidirlər. Adətən bu infeksiya ayaqlara ziyan vurur. İnfeksiya dırnaqları sarımtıl və tezsınan edir", - Salada izah edib.

 

O, qeyd edib ki, sağlam dırnaqların rəngi çəhrayı, yastı və bərabər olmalıdır.

 

Həkim, həmçinin xəbərdarlıq edib ki, infeksiya nəzərə çarpmayan kəsikdən sonra açıq yaraya asan şəkildə keçə bilər. Bu halda ayağı müalicəsiz amputasiyaya qədər ciddi zədə təhlükəsi gözləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər