Azərbaycan Gürcüstana təmənnasız 100 ton maye tibbi oksigen ayırıb
01.12.2020 10:00

Azərbaycan Gürcüstana təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırıb.

 

Bu barədə Gürcüstanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır.

 

“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi müvafiq işləri həyata keçirib və dost ölkəmizin hökumətinin köməkliyi ilə operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarükünə müvəffəq olunub. Gürcüstan Səfirliyi Gürcüstanın klinikalarına təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırdığı və öz hesabına yükün Gürcüstana daşınmasını təmin etdiyi üçün “Baku Steel” şirkətinə öz minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin Nazirlər Kabineti, müvafiq dövlət strukturları - İqtisadiyyat və Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu və Gömrük Komitəsi bu işə xüsusi töhfə verib.

 

Gürcüstan və Azərbaycan tərəfləri Gürcüstanın səhiyyə sektorundakı COVID-19 klinikalarına maye tibbi oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx əməkdaşlıq etməyə davam edirlər. Yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır”, - deyə səfirliyin məlumatında bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub