Tramp COVID-19 peyvəndinin lisenziyası məsələsini ləngitməməyə çağırıb
30.11.2020 22:00

Amerika Prezidenti Donald Tramp ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəni (FDA) koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verilməsini ləngitməməyə çağırıb.

 

Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyası təxirəsalınmaz vəziyyətlərdə vaksinin istifadəsinə icazə verilməsi üçün müraciət edib. FDA təcili reaksiya verməlidir!”, - deyə ABŞ Prezidenti bildirib.

 

Noyabrın 30-da “Moderna” kompaniyasının bu məsələ ilə bağlı FDA-ya müraciət edəcəyi gözlənilir. Bundan öncə Almaniyanın “BioNTech” kompaniyası ilə birgə vaksin hazırlayan ABŞ-ın “Pfizer” kompaniyası da quruma analoji müraciət etmişdi.

 

ABŞ-ın Səhiyyə naziri Aleks Azar bildirib ki, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı peyvəndin yoxlanılması üzrə iclas dekabrın 10-da keçiriləcək. Bundan bir neçə gün sonra isə preparatın istifadəsinə icazə verilə bilər. “Moderna” kompaniyasının işinə isə bundan bir həftə sonra baxılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub