Maradonanın həkiminə qarşı cinayət işi açıldı
30.11.2020 10:48

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.

 

Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.

 

Bundan əvvəl əfsanəvi yarımmüdafiəçinin vəkili Matias Morla Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməsindən şübhələndiyi üçün ölüm hadisəsi ilə bağlı istintaq aparmaq istəyini ifadə edib.

 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub