Bəhram Bağırzadə koronavirusdan sağaldı - Evə buraxıldı
27.07.2020 17:43

Koronavirusdan sağalan Əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

 

Bunu Trend.az-a açıqlamasında B.Bağırzadə özü bildirib. İyunun 13-dən Mərkəzi Gömrük Hospitalında müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə bildirib ki, bu gün koronavirusdan dünyada 260 mindən çox insan dünyasını dəyişməsinə baxmayaraq, mən sağalanlardan oldum, Allahın mənə rəhmi gəldi. Buna görə Mərkəzi Gömrük Hospitalının Diaqnostika Mərkəzinin bütün heyətinə minnətdarlığımı bildirirəm. Azərbaycan həkimləri bu günümüzün qəhrəmanlarıdırlar və yüksək ada layiqdirlər.

 

B.Bağırzadə əlavə edib ki, onun sağalmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu olub:

 

"Mehriban xanımın nəzarəti, diqqəti və köməyi olmasaydı, mən bu gün sizinlə təmasda olamayacaqdım. Ona görə, Birinci vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm".

 

Qeyd edək ki,  B.Bağırzadə koronavirus test nəticəsi neqativ çıxdıqdan sonra tənəffüsün təbii yolla olması təmin edilmişdir.

 

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır