Keçəlləşmənin qarşısını almaq üçün zəruri olan MƏHSULLAR
28.11.2020 09:36

B12 vitamininin çatışmazlığına görə insanda keçəlləşmə başlaya bilər, buna görə də saçların itməməsi üçün müxtəlif heyvanların aktiv bioloji maddələrlə zəngin qaraciyərindən qida kimi istifadə etmək lazımdır.

 

Azztibb.az iz.ru-ya istinadə xəbər verir ki, bu barədə Britaniyanın tanınmış trixoloqu Filipp Kinqsli "Express"ə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, B12 vitamini orqanizmin hər hüceyrəsi tərəfindən istifadə olunur, əsəb sisteminin işini qaydaya salır, həmçinin dezoksiribinuklein turşusunun istehsalında mühüm rol oynayır. O, eritrositlərə oksigeni əzələ toxumalarına, tük follikullarına çatdırmağa da kömək edir.

 

Əgər bu vitamin insanın bədənində defisit olsa, onda orqanizm ilk növbədə oksigeni həyati əhəmiyyətli orqanlara çatdırır. Bu halda tük follikulları daha az oksigen alacaq.

 

"Oksigensiz tük follikulları normal işləməyi dayandırır və saçlar tökülə bilər", - trixoloq deyib.

 

B12 vitamini çatışmazlığının qarşısını almaq üçün toyuq, donuz və ya mal əti qaraciyərindən daha çox istifadə etmək lazımdır. Bundan başqa, rasiona qızılbalıq, süd və yumurta da əlavə etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər