Koronaviruslu xəstələrin görüntülü zənglərlə diaqnostikası aparılacaq
27.07.2020 14:57

Səhiyyə Nazirliyinin “Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.  

 

Aztibb.az xəbər verir ki, pilot layihə çərçivəsində xəstələr həkim qəbulundan onlayn videobağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.

 

Bunun üçün “Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görüntülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlər verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətləri göstərirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır