Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər
27.11.2020 11:09

Həkimlər qarın ağrısından şikayət edən amerikalı qadında, “gəzən dalaq” adı ilə bilinən nadir xəstəlik aşkar edib.

 

Aztibb.az "RİA “Novosti” yə istinadən xəbər verir ki, müvafiq məlumat “New England Journal of Medicine” də yayımlanıb.

 

Xəstələnmədən əvvəl, 36 yaşlı qadında qaraciyər müayinəsi aparılıb, bu müddətdə heç bir dalaq anomaliyası aşkar edilməyib. Ancaq bir gün sonra qadın güclü qarın ağrısı hiss edib və qusmağa başlayıb.

 

Müayinədən sonra qadında dalağın 30 santimetr yerdəyişməsi aşkar edilib. Həkimlərin fikrincə, orqanın yerdəyişməsi damar sistemi ilə dalağa bağlı olan qaraciyər səbəbindən baş verib.

 

Qadına daha əvvəl qaraciyər sirrozu xəstəliyi diaqnozu qoyulub. Nəticədə qan dövranı çətinləşdiyi üçün çox miqdarda qan dalağa girərək onun böyüməsinə və ətrafdakı bağların uzanmasına səbəb olub.

 

Həkimlər hesab edir ki, dalaq üçün ən təhlükəli vəziyyət dalaq infarktıdır. Bunun nəticəsində insan ölə bilər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib