Səhiyyə Nazirliyinin nümayəndələri Tbilisidə MSD Ekspertlər Şurasının iclasında iştirak ediblər
23.11.2026 14:28

Gürcüstanın Tbilisi şəhərində 21 noyabr 2026-cı il tarixində“Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) ölkələrində Milli Peyvənd Proqramı çərçivəsində və ondan kənarda İPV-yə (İnsan Papilloma Virusu) qarşı vaksinasiya” mövzusunda MSD Ekspertlər Şurasının iclası keçirilib.

 

Açıq müzakirə formatında təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Səbinə Babazadə, Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim-onkoginekoloqu Nərgiz Zeynal və İSİM-in əməkdaşı Gülnarə Rzayevadan ibarət nümayəndə heyəti təmsil edib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, insan papilloma virusu ilə əlaqəli xəstəliklərin profilaktikası və idarə olunmasına müasir yanaşmalar, universal vaksinasiya, uşaqlıq boynu xərçənginin mövcud skrininq proqramları, eləcə də “FASTER” və “EVEN FASTER” strategiyalarının tətbiqi zamanı səhiyyə sistemlərinin ehtiyacları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar milli səhiyyə sistemlərinin xüsusiyyətləri, İPV ilə əlaqəli xəstəliklərin yükü və vaksinasiyanın inkişafının perspektiv istiqamətlərini müzakirə ediblər.

 

Ekpertlərin görüşü regional əməkdaşlığın möhkəmləndirilməsi və bu sahədə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

 

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri