İnsan beyni ilə kainat arasındakı oxşarlıqlar aşkarlandı
27.11.2020 01:01

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm insan beyni ilə bağlı bir çox suala cavab verə bilmir. Tədqiqatçıların fikirlərinə əsasən insan beyni daha qəliz bir sistem ola bilər. Belə ki, alimlər aşkar ediblər ki, insan beyni bir çox özəlliyə görə kainat ilə oxşardır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Futurism.com saytı xəbər verib.

 

Qeyd edilib ki, Bolonya Universitetindən olan astrofizik Franco Vazza və Verona Universitetindən olan neyrocərrah Alberto Feletti-nin tədqiqatları nəticəsində məlum olub ki, kainatın strukturu insan beyninin neyron şəbəkəsinə bənzəyir. Onların sözlərinə əsasən bu obyektlər oxşar qəlizlik səviyyəsini və özünütəşkili sərgiləyirlər.

 

İnsan beyni 69 milyard neyrondan, kainat isə bir-biri ilə kosmik hörümçək tor vasitəsilə əlaqəli olan minimum 100 milyard qalaktikadan ibarətdir. Qalaktikalar kainatın ümumi kütləsinin 30%-ni, neyronlar isə insan beynin ümumi kütləsinin 30%-ni təşkil edirlər.

 

Həm qalaktikalar həm də neyronlar ip üzərində kiçik muncuqlar kimi yerləşirlər.

 

Məlumdur ki, kosmosda kütlənin 70%-ni qara enerji təşki edir. İnsan beyninin ümumi kütləsinin 70%-ni isə su təşkil edir.

 

"Biz bu hər iki sistemin spektral sıxlığını hesablamışıq. Bizim tədqiqatımız onu göstərib ki, beyinciyin neyron şəbəkəsində 1 mikrometrdən 0.1 millimetrə qədər olan miqyasında dəyişikliklərin paylanması materiyanın kosmik hörümçək torunda paylanması ilə üst-üstə düşür. Lakin kainatda bu paylanma daha iri miqyasda baş verir. Söhbət, 5 milyon işıq ilindən 500 milyon işıq ilinə kimi olan miqyasdan gedir" - deyə tədqiqatçılar qeyd ediblər.

 

Alimlərin sözlərinə əsasən bu iki sistem bir sıra parametrlərə görə bir-birinə bənzəyir: Hər bir düyündə olan birləşmələrin ortalama sayı və şəbəkə daxilində müvafiq mərkəzi düyünlər üzrə olan bir neçə birləşmənin klasterizasiya tendensiyası. Bu cür fenomeni izah etmək çox qəlizdir. Çox güman ki, bu, həm kiçik həm də böyük miqyaslarda təsirini göstərən fiziki güclər ilə əlaqəlidir.

 

Tədqiqatı aparmış alimlər ümid edirlər ki, bu tədqiqat kosmologiya və neyrocərrahiyyə sahələrində yeni analiz üsullarını ortaya çıxardacaq və bu cür strukturların zamanla necə təkamül etdiklərini anlamağa imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib