Mərkəzi Gömrük Hospitalında AHİK+ platformasının nümayəndələri ilə görüş olub
17.11.2026 14:32
Mərkəzi Gömrük Hospitalında AHİK+ platformasının nümayəndələri ilə görüş keçirilib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə,  Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Mühasibatlıq şöbəsinin baş mühasibi Seyfulla Hüseynov, Maliyyə şöbəsinin baş inspektoru Könül Babayeva, Planlaşdırma və marketinq şöbəsinin rəisi Leyla Mustafayeva və AHİK+ platformasının nümayəndəsi Məlahət Musayeva iştirak ediblər.
 
Görüş çərçivəsində AHİK+ platformasının fəaliyyəti, təqdim etdiyi imkanlar və əməkdaşlarla qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin platformanın iş prinsipləri, istifadə imkanları və əməkdaşların sosial rifahının dəstəklənməsində rolu barədə ətraflı məlumat verilib.
 
Tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsi, əməkdaşların platformanın imkanlarından daha səmərəli istifadəsinin təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər   
İmmun hüceyrələri orqanizmin özündə yenidən proqramlaşdırıla bilər - Biotexnoloji yanaşma