Azərbaycanda Milli Dirçəliş Günüdür  
17.11.2026 08:00

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

 

Aztibb.az xəbər verir ki, bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

 

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq"da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlayıb. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

 

Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olundu.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər