ATU-nun təmsilçisi ÜST-nin beynəlxalq toplantısında DİM-lərə töhfə verən ölkə təcrübəsini təqdim edib
16.11.2026 12:39

Azərbaycan Tibb Universiteti (ATU) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən İsveçrənin Cenevrə şəhərində keçirilən Kimyəvi Maddələr və Sağlamlıq üzrə Qlobal Şəbəkənin üçüncü toplantısında təmsil olunub.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyevin iştirak etdiyi tədbirin əsas məqsədi kimyəvi maddələrin insan sağlamlığına mənfi təsirinin azaldılması, kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə və digər aidiyyəti sektorların rolunun gücləndirilməsi, ölkələr arasında təcrübə mübadiləsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi olub.

 

İ.Əfəndiyev ölkəmizdə kimyəvi təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər və mövcud prioritetlər barədə məlumat verib. O, xüsusilə boyaların tərkibində qurğuşunun miqdarının məhdudlaşdırılması istiqamətində həyata keçirilmiş təşəbbüsləri diqqətə çatdırıb. Bildirilib ki, dövlət qurumlarının, boya istehsalçılarının və beynəlxalq tərəfdaşların iştirakı ilə hazırlanmış müvafiq normativ sənəd layihəsi ÜST-nin və Qurğuşunlu Boyaların Ləğvi üzrə Qlobal Alyansın (Global Alliance to Eliminate Lead Paint) ekspertləri tərəfindən müsbət qiymətləndirilib.

 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM 3: Sağlam həyat və rifah, DİM 12: Məsuliyyətli istehlak və istehsal, eləcə də DİM 17: Məqsədlər naminə tərəfdaşlıq) uyğun olaraq həyata keçirilən bu fəaliyyətlər təhlükəli kimyəvi maddələrdən qaynaqlanan xəstəliklərin azaldılmasına və kimyəvi tullantıların ekoloji cəhətdən təhlükəsiz idarə olunmasına mühüm töhfə verir.

ÜST-nin Yol Xəritəsinin həyata keçirilməsinə dair ölkə təcrübələri icmalında Azərbaycan kimyəvi zəhərlənmələrin idarə edilməsi sahəsində ehtiyacların müəyyənləşdirilməsi və maarifləndirmə fəaliyyəti üzrə nümunə göstərilən ölkələr sırasında yer alıb.

ATU nümayəndəsinin beynəlxalq toplantıda iştirakı kimyəvi zəhərlənmələrin profilaktikası və tibbi xidmətin təkmilləşdirilməsi, habelə toksikologiya üzrə tədris və elmi-tədqiqat işlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-nin Cenevrədə keçirilən beynəlxalq toplantısında iştirak edib
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunub
Qalxanabənzər vəz xəstəlikləri bağırsaq mikrobiotası ilə əlaqəli ola bilər – Alimlərdən yeni araşdırma
Minnətdarlıq hissi beynin fəaliyyətinə təsir edir - Elmi araşdırmalar nə deyir?
Vitamin C haqqında nə qədər məlumatlısınız?
 Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib   
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Qazaxıstanlı həkim-rezidentlər Ə.Əliyev adına ADHTİ-də akademik təcrübə proqramını başa vurublar
Vüqar Fərhadov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
 Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri Bərdə RMX-nın Hemodializ şöbəsini ziyarət ediblər