Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır
26.11.2020 14:40

Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə səhiyyə işçilərindən başlayaraq risk qruplarına daxil edilən şəxslərə peyvəndin vurulması nəzərdə tutulur. Peyvənd tamamilə ödənişsiz olacaq.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Bildirilib ki, artıq Türkiyədə tətbiqinə başlanılan Çin istehsalı peyvəndin dekabr-fevral aylarında 50 milyon dozasının gətirilməsi planlaşdırılır.

 

Türkiyənin 15 vilayətində yoluxma saylarında böyük artımın olduğunu qeyd edən F.Koca deyib: “Son bir həftə ərzində yoluxma sayı 50 faizdən artıq olan şəhərlərimiz var. Bunun qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. İstanbuldakı xəstəxanaların reanimasiya şöbələrində doluluq səviyyəsi 70 faizdir. Bəzi problemlərlə qarşı-qarşıya olduğumuzu bilirik. İyul ayından indiyədək 28 min 351 yoluxma faktı qeydə alınıb. Bu yalnız test edilən və xəstəlik aşkarlananların sayıdır. Xəstəliyi simptomsuz keçirənlər də var. COVID-19-dan həyatını itirənlərin böyük əksəriyyəti müalicəyə vaxtında başlamayanlardır”.

 

Nazir ölkə ərazisində COVID-19-la bağlı yeni qadağaların tətbiqi ilə bağlı bir həftə - on gün sonra qərar veriləcəyini də deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub