Şamaxı RMX-da könüllü qanvermə aksiyası: 100 nəfərdən çox şəxs donor kimi iştirak edib
04.11.2026 11:50
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Səhiyyə Nazirliyi Resbubilka Qan Bankının təşəbbüsü, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə talesimiya və hemafiliya xəstələri üçün tibbi aksiya talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.
 
Hər bir donor əvvəlcə həkim-hematoloqlar tərəfindən zəruri müayinələrdən keçirilib, sağlamlıq göstəriciləri yoxlanıldıqdan sonra qanvermə prosesinə cəlb olunub.
 
Tibbi prosedurlar müvafiq sanitar-gigiyena qaydalarına uyğun şəkildə həyata keçirilib.
 
Şamaxı sakinləri aksiyada fəal iştirak ediblər. Rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif qurumların əməkdaşları könüllü olaraq qan veriblər.
 
Aksiya çərçivəsində 100 nəfərdən çox şəxs donor kimi iştirak edib. Toplanan qan nümunələri müvafiq yoxlamalardan keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar