Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin əməkdaşları üçün “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlimlərə başlanılıb  
28.10.2026 13:11

Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların göstərilən tibbi xidmətin keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə Yeni Klinikada “Tibb işçisinin etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər tabeli tibb müəssisələrinin rəhbər şəxsləri, direktor müavinləri, baş həkimləri və baş tibb bacıları olmaqla, ümumilikdə 140-a yaxın tibb işçisi iştirak edib.

 

Təlim çərçivəsində tibb işçilərinin etik davranış prinsipləri, vətəndaşlara nəzakətli və həssas yanaşma, şəxsi sərhədlərə hörmət və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub