YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflərin müzakirəsi məqsədi ilə Nizami Tibb Mərkəzində görüş təşkil olunub.
Bu barədə Aztibb.az-a Nizami Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və YAP Nizami Tibb Mərkəzinin ərazi təşkilat sədri Vəfa Hüseynzadə öz çıxışlarında VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin icrasınının vacibliyindən, hər bir vətəndaşın öz sahəsində vəzifə borclarını layiqli yerinə yetirməli olduğundan bəhs edib.
Görüşdə çıxış edən Nizami Tibb Mərkəzinin əməkdaşları YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin əhəmiyyətinə toxunublar.

