Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub  
20.10.2026 09:05

Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.

 

Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.

 

Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib