Xocavənd Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib
16.10.2026 19:12

Xocavənd Rayon Mərkəzi Xəstəxanasının terapevti Rüfət Hüseynov vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Xocavənd RMX məlumat yayıb.

 

Məlumatda bildirilir: "Xocavənd Rayon Mərkəzi Xəstəxanasının dəyərli həkimi, peşəkar terapevt Rüfət Hüseynovun vəfatı kollektivimizdə dərin hüzn və kədər hissi doğurub.

 

Ömrünü insanların sağlamlığının qorunmasına həsr edən, zəngin biliyi, peşəsinə bağlılığı və insani keyfiyyətləri ilə seçilən Rüfət həkimin vaxtsız vəfatı ailəsi, doğmaları, həmkarları və onu tanıyan hər kəs üçün əvəzolunmaz itkidir.

 

Bəzi insanların yoxluğu yalnız bir ayrılıq deyil, həm də qəlblərdə silinməz iz, xatirələrdə isə daim yaşayacaq bir dəyərdir. Rüfət həkim də öz peşəkarlığı, insanlara münasibəti və xoş xatirələri ilə onu tanıyanların yaddaşında hər zaman hörmətlə anılacaq.

 

Xocavənd Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir və dözüm diləyirik.

 

Allah rəhmət eləsin, Rüfət həkim! Məkanınız cənnət, ruhunuz şad olsun!"

ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı