Psixoloq və psixoterapevt A.Olqa insanın xoşbəxtlik hissini davamlı yaşamasına kömək edən bir məşq təklif edib.
Aztibb.az “Gazeta" nəşrinə istinadən yazır ki, ekspert müsahibəsində xoşbəxtliyin əzələlər kimi inkişaf etdirilə və təkmilləşdirilə bilən bir bacarıq olduğunu bildirib.
Bunun üçün mütəxəssis gündəlik həyatda xoş anları görməyi öyrədən “Xoşbəxtlik günü” adlı xüsusi təcrübəni tövsiyə edib.
Ekspert qarşıdakı həftənin bir gününü seçməyi və həmin gün üçün insana səmimi sevinc bəxş edən üç-beş kiçik məşğuliyyəti əvvəlcədən planlaşdırmağı məsləhət görüb. Bu fəaliyyətlər sadəcə formal olaraq yerinə yetirilməməli, insana həqiqətən zövq verməlidir.
Gün ərzində insanın özünü dinləməsi, hiss və düşüncələrinə diqqət yetirməsi, eləcə də minnətdarlıq duymaq üçün səbəblər tapması vacibdir.
Mütəxəssis axşam isə insana daxili istilik, sakitlik və ya sevinc hissi bəxş edən üç anı qeyd etməyi tövsiyə edib.

