Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi
16.10.2026 14:25
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Sanitar Karantin Xidmətinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib.
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlimin məqsədi əməkdaşların fövqəladə vəziyyətlərdə düzgün və operativ müdaxilə imkanlarını genişləndirmək, ilkin yardımın göstərilməsi üzrə biliklərini artırmaq və bu sahədə hazırlıq səviyyələrini yüksəltmək olub.
Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev təlimin əsas istiqamətləri, qarşıya qoyulan məqsədlər və praktiki tətbiq imkanları barədə ətraflı məlumat verib. O, ilkin yardımın vaxtında və düzgün göstərilməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Mühafizə Xidmətinin əməkdaşlarının xidmət zamanı qarşılaşa biləcəkləri fövqəladə hallara hazırlıqlı olmalarının vacibliyini qeyd edib.
Təlim çərçivəsində Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım həkimi Ceyhun Əliyev və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişi, təlimçi Hüseyn Qasımov iştirakçılara ilkin yardımın əsas prinsipləri, fövqəladə hallarda düzgün müdaxilə üsulları və həyati təhlükəli vəziyyətlərdə görülməli tədbirlər barədə ətraflı məlumat veriblər.
Təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyasının aparılması, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, süni tənəffüsün tətbiqi və avtomatik xarici defibrilyator (AED) cihazından istifadə qaydaları izah olunub.
Praktiki məşğələlər zamanı mühafizəçilər ilkin müdaxilə üsullarını tətbiq edərək nəzəri biliklərini möhkəmləndiriblər. Təlim iştirakçılara sertifikatların təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb
16.10.2026 | 15:26
Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi
16.10.2026 | 14:25
Qoşqar Təhməzli : "Qida təhlükəsizliyində rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır"
16.10.2026 | 11:00
Ucuz eynəklər göz sağlamlığı üçün təhlükəlidir
16.10.2026 | 10:31
16 Oktyabr – Ümumdünya Anesteziya Günüdür
16.10.2026 | 09:11
Ana südü ilə qidalanmaya dair maarifləndirici tədbir
15.10.2026 | 12:49
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Sinə ağrısı nə zaman ürək-damar problemi ilə əlaqəli ola bilər?
15.10.2026 | 11:46
15 Oktyabr – Ümumdünya Əl Yuma Günüdür
15.10.2026 | 10:16
Fiziki məhdudiyyəti olan şəxslər üçün tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində təlimlər keçirilib
14.10.2026 | 16:44
ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
15.10.2026 | 11:37
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya
15.10.2026 | 12:15
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
10.10.2026 | 11:27
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
10.10.2026 | 13:06
Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib
10.10.2026 | 15:50
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
11.10.2026 | 07:44
Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub
14.10.2026 | 16:07
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
10.10.2026 | 10:51

