Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 10:11

 

Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakıda keçirilən Türk Dünyası və Qonşu Ölkələrin Beynəlxalq Tibb Elmləri Konqresində iştirak edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Rəşad Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

 

Aspendos Academy tərəfindən təşkil olunan konqresin rəsmi açılış mərasimində iştirak edən deputat “Klinik protokolların səhiyyədə tətbiqi: elmi sübutlardan klinik qərarlara və mövcud çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib.

 

Məruzədə müasir tibbdə elmi sübutlara əsaslanan klinik protokolların əhəmiyyəti, onların gündəlik tibbi praktikaya inteqrasiyası zamanı qarşıya çıxan çətinliklər və mövcud problemlərin həlli yolları diqqətə çatdırılıb.

 

Rəşad Mahmudov qeyd edib ki, müasir səhiyyənin inkişafı yalnız yeni texnologiyaların tətbiqindən deyil, həm də elmi biliklərin düzgün klinik qərarlara çevrilməsindən asılıdır. Onun sözlərinə görə, klinik protokolların əsas məqsədi həkimin qərarvermə imkanlarını məhdudlaşdırmaq deyil, elmi sübutları klinik təcrübə ilə birləşdirərək pasiyentlərə daha təhlükəsiz, effektiv və keyfiyyətli tibbi xidmət göstərilməsinə dəstək verməkdir.

 

Deputat vurğulayıb ki, bu cür beynəlxalq elmi platformalar ölkələr arasında tibbi bilik və təcrübə mübadiləsinin genişlənməsinə, ortaq elmi əməkdaşlıqların inkişafına və səhiyyə sistemlərinin təkmilləşdirilməsinə mühüm töhfə verir.

 

Rəşad Mahmudov konqresin təşkilatçılarına təşəkkür edib, iştirakçılara səmərəli müzakirələr və tədbirin işinə uğurlar arzulayıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı