Sistem qırmızı qurdeşənəyinin müasir diaqnostika və müalicəsi müzakirə olunub
15.10.2026 13:13

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidentlər üçün sistem qırmızı qurdeşənəyinin (SQQE) müasir diaqnostika və müalicə prinsiplərinə həsr olunmuş elmi seminar keçirilib.

Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİMs) "Yaxşı səhiyyə və rifah" (Məqsəd 3) və "Keyfiyyətli təhsil" (Məqsəd 4) hədəflərinə tam uyğun olaraq, gənc həkimlərin peşəkarlığının artırılmasına və əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına töhfə vermək məqsədi daşıyır.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, seminarda məruzə ilə ATU-nun III Daxili xəstəliklər kafedrasının professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, klinikanın Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev çıxış edib. Məruzədə xəstəliyin diaqnostikasında klinik, laborator və immunoloji müayinələrin, müalicəsində isə hidroksixloroxin, qlükokortikoidlər, immunosupressiv və bioloji preparatların əhəmiyyəti vurğulanıb.

 

Həmçinin SQQE-nin oynaq təzahürləri, Jakkoud artropatiyasının revmatoid artritdən fərqləndirilməsi və xəstəliyin düzgün diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb.

 

Seminar çərçivəsində, dayanıqlı inkişafın ana və uşaq sağlamlığının qorunması prinsiplərinə uyğun olaraq, SQQE olan hamilə qadınlarda hamiləliyin və doğuşun uğurla başa çatdırılması üçün tətbiq olunan müasir yanaşmalar da müzakirə edilib. Tədbir rezidentlərin xəstəliyin diaqnostikası, diferensial diaqnostikası və müalicəsi üzrə biliklərinin artırılması, eləcə də ölkədə tibbi təhsilin davamlılığının təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır