Fiziki məhdudiyyəti olan şəxslər üçün tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində təlimlər keçirilib  
14.10.2026 16:44

Azərbaycanda köməkçi məhsullara əlçatanlığın genişləndirilməsi və köməkçi texnologiyaların ilkin səhiyyə xidmətlərinə inteqrasiyasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı ilə həyata keçirilən Köməkçi Məhsullar üzrə Təlim (TAP) proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün mərhələli şəkildə təlimlər təşkil olunub.

 

Nəzəri və praktiki təlimlər tibb işçilərinin fiziki məhdudiyyəti olan şəxslərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun köməkçi vasitələri seçmək və müvafiq xidmətlərə yönləndirmək bacarıqlarının artırılmasına yönəlib. Köməkçi vasitələrə təkərli oturacaqlar, optik eynəklər, eşitmə cihazları, əsalar və bu fəsildən olan digər məhsullar daxildir. 

 

2025-ci ildən mərhələli şəkildə həyata keçirilən proqram çərçivəsində Bərdə və Şamaxı rayon mərkəzi xəstəxanalarının, eləcə də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına Xəstəxananın əməkdaşları olmaqla ümumilikdə 120 tibb işçisi təlimlərə cəlb olunub.

 

Qeyd edək ki, təlimlər ÜST-nin Azərbaycan dilində də istifadəyə verilmiş “Learning on TAP” rəqəmsal platformasındakı Köməkçi Texnologiyalar Kursu əsasında təşkil olunub:  https://www.gate-tap.org/course-list/assistive-technology

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir