Penitensiar müəssisələrdə distant tibbi müayinə sistemi tətbiq olunur    
14.10.2026 08:50

Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində distant tibbi müayinə sisteminin tətbiqinə başlanılıb.

 

Aztibb.az xəbər verir ki, nazirliyin məlumatına görə, sistem vasitəsilə penitensiar müəssisələrdə tibb-sanitar hissələrinin həkimləri zərurət yarandıqda müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislərlə distant əlaqə yaradaraq pasiyentin tibbi vəziyyətinin operativ qiymətləndirilməsini və müvafiq tibbi taktikanın müəyyənləşdirilməsini təmin edə bilirlər. Distant müayinələr psixiatriya və dermatologiya başda olmaqla müxtəlif ixtisaslar üzrə həyata keçirilir.

 

Distant tibbi müayinə sisteminin tətbiqi penitensiar müəssisələrdə səhiyyə xidmətlərinin müasir yanaşmalar əsasında təkmilləşdirilməsinə, tibbi yardımın operativliyinin və səmərəliliyinin artırılmasına, məhkum və həbs edilmiş şəxslərin ixtisaslı tibbi yardıma çıxış imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin davamlılığının təmin edilməsinə şərait yaradır.

 

Distant tibbi müayinə pilot qaydada 4 penitensiar müəssisədə tətbiq edilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir