300 min doğuşdan birində rast gəlinən patologiyalarla doğulan körpə uğurla əməliyyat olunub
13.10.2026 17:45

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə sidik kisəsinin ekstrofiyası və anal atreziya diaqnozları təyin edilən yenidoğulmuş üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub. 

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat uzman uşaq cərrahı Araz Hüseynov, assistent cərrah Fərid Zeynalov və həkim-anestezioloq-reanimatoloqlar Yelmar Süleymanov və Yeganə Ağayeva tərəfindən uğurla həyata keçirilib. Hazırda körpənin müalicəsi və tibbi müşahidəsi davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Qeyd edək ki, sidik kisəsinin ekstrofiyası sidik kisəsinin və qarın ön divarının normal formalaşmaması, anal atreziya isə anal dəliyin olmaması və ya qapalı olması ilə xarakterizə edilən anadangəlmə inkişaf qüsurlarıdır. Bu iki patologiyanın birlikdə rast gəlinməsi təxminən hər 300 min doğuşdan birində müşahidə olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib