Səriştəlilik sınaqları üzrə müraciətlərin qəbul müddəti uzadılıb  
13.10.2026 16:48
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçiriləcək növbəti səriştəlilik sınaqları üzrə müraciətlərin qəbulu 2 noyabr 2026-cı il tarixinədək uzadılıb.
 
Aztibb.az xəbər verir ki, bu barədə AQTİ məlumat yayıb.
 
Bildirilib ki, səriştəlilik sınağı qida məhsulu nümunəsində arsen (As), kadmium (Cd), qurğuşun (Pb) və civə (Hg) parametrləri üzrə aparılacaq.
 
Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
 
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsində yerləşən “Səriştəlilik sınaqları” altbölməsində tanış olmaq mümkündür.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.
ÇOX OXUNANLAR
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Ağciyər xərçənginin diaqnostikasında  yeni dönəm - Süni intellekt həkimlərin “ikinci gözü” olacaq 
Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür - MÜSAHİBƏ
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub