Ölkəmizdə artrit xəstəliyi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 2101 nəfərdir
13.10.2026 10:30

Hazırda ölkəmizdə artrit xəstəliyi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 2101 nəfərdir. Onlardan 114-ü gənclik (yuvenil) artriti, 926-sı seropozitiv revmatoid artrit, 1061-i isə digər revmatoid artritlər diaqnozu ilə qeydiyyatdadır.

 

Bu barədə Aztibb.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, oynaq xəstəliklərinin vaxtında diaqnostikası və effektiv müalicəsi istiqamətində icbari tibbi sığorta çərçivəsində genişspektrli ambulator və stasionar tibbi xidmətlər təmin edilir.

 

Sığortaolunanlar həkim müraciəti və tibbi göstəriş əsasında zəruri laborator analizlərdən, oynaqların rentgenoqrafiyası və sümük-oynaq sisteminin ultrasəs müayinəsindən yararlana bilərlər.

 

Ehtiyac yarandıqda, ixtisaslaşmış revmatoloq və ortoped-travmatoloq müayinələri ilə yanaşı, KT və MRT kimi dəqiq instrumental diaqnostik xidmətlər də göstərilir.

 

Ambulator və terapevtik müalicə mərhələsində tibbi göstərişə əsasən oynağın punksiyası, oynaqdaxili inyeksiyalar, fizioterapevtik prosedurlar və reabilitasiya tədbirləri tətbiq olunur.

 

Ağır osteoartrit və ya oynağın strukturunun tam pozulduğu hallarda isə stasionar şəraitdə diz və bud-çanaq oynaqlarına endoprotezlərin yerləşdirilməsi kimi yüksək texnologiyalı cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

 

Əməliyyatdanöncəki müayinələr, anesteziya, stasionar yatış, zəruri dərman və tibbi sərf materialları, habelə əməliyyatdansonrakı nəzarət müayinələri də sığorta fondunun təminatına daxildir.

Artrit əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etmək və vaxtında müalicə olunmaq xəstəliyin erkən aşkarlanması və fəsadlarının qarşısının alınması üçün vacibdir.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib