Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib  
13.10.2026 13:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, uşaqların agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 gün davam edəcək proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji dəstəklə təmin olunması nəzərdə tutulur.

 

Reabilitasiya proqramı uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması, sosiallaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

 

Belə ki, proqram müddətində fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Bununla yanaşı, uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vannadan istifadə, art-terapiya və digər reabilitasiya xidmətlərindən faydalanacaqlar.

 

Onların Qəbələ ilə yanaşı, Şəki və Şamaxıdakı tarixi və görməli yerlərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Ötən dövrdə Ukraynadan 700-dən çox uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib