İSİM-də uşaqlarda epilepsiya üzrə klinik protokolun təqdimatına həsr olunmuş konfrans keçirilib  
14.10.2026 08:04
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlarda epilepsiya üzrə klinik protokolun təqdimatı”na həsr olunmuş elmi-praktik konfrans keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, konfransın məqsədi uşaqlarda epilepsiyanın diaqnostikası, təsnifatı, müalicəsi və uzunmüddətli idarə olunması üzrə hazırlanmış klinik protokolun təqdim edilməsi, səhiyyə mütəxəssislərinin protokolun tətbiqi ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də müasir elmi sübutlara əsaslanan yanaşmaların klinik praktikaya inteqrasiyasının təşviq edilməsi olub.
 
Konfrans çərçivəsində müxtəlif sessiyalar üzrə tibb üzrə fəlsəfə doktorları Ramin Rzayev, Nailə Abbasova, Mahirə Məmmədova, Şəhla Mehdiyeva, Fərid Məmmədbəyov, Rahim Əliyev, Şəhla Məlikova və Sevda Ələkbərovanın moderatorluğu ilə epilepsiyanın diaqnostikası və müalicəsi istiqamətində aktual məsələlər müzakirə edilib.
 
İSİM-in Metodiki şöbəsinin müdiri Billurə Yusifova, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, tibb üzrə fəlsəfə doktorları Nailə Abbasova, Sona Əliyeva, Mədinə Tağıyeva və Yaqut Hüseynli, eləcə də həkimlər Ülkər Mürsəlova, Leyla Rəhimova, Samirə İsmayılova və Günel Lətifova geniş təqdimatla çıxış ediblər.
 
Çıxışlarda neonatal və infantil dövrlərin, uşaqlıq və yeniyetməlik yaşlarının epileptik sindromları, epilepsiyanı təqlid edən qeyri-epileptik paroksizmal vəziyyətlər, epilepsiya və neyroinkişaf pozğunluqları və digər mövzular barədə ətraflı məlumat verilib. Klinik halların müzakirəsi zamanı xəstəliyin müxtəlif təzahürləri və diaqnostik yanaşmalar diqqətə çatdırılıb.
 
Konfrans Səhiyyə Nazirliyi tərəfindən 8 DTT balı ilə akkreditasiya olunub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir