21 günlük körpə böyrəklərini itirmək təhlükəsindən əməliyyatla xilas edilib
12.10.2026 08:05

Cəmi 21 günlük, 4 kiloqram çəkisi olan oğlan uşağı böyrəklərinin funksiyasını itirmək təhlükəsi ilə üzləşib. Doğulduğu gündən qızdırma və sepsis səbəbindən xəstəxanada müalicə alan körpənin vəziyyətinin ağırlaşmasına sidik yollarındakı infeksiya və sidiyin sidik kisəsindən böyrəklərə geri qayıtmasına səbəb olan vezikoureteral reflüksün yol açdığı müəyyən edilib.

Aztibb.az xəbər verir ki, uroloq-cərrah Günel Əmiraslanovanın sözlərinə görə, Mərkəzi Klinikanın neonatoloqları ilə birgə aparılan müayinələr və araşdırmalar nəticəsində körpənin vəziyyətinin əsas səbəbi üzə çıxarılıb. Sidiyin sidik kisəsindən sidik axarları vasitəsilə böyrəklərə geri qayıtması infeksiyanın yuxarı sidik yollarına yayılmasına və böyrəklərin zədələnməsi riskinin artmasına səbəb ola bilər.

Həkimin bildirdiyinə görə, dərman müalicəsinə baxmayaraq problemin davam etməsi cərrahi müdaxiləni zəruri edib. Cəmi 21 günlük və 4 kiloqram çəkisi olan körpə üzərində ureterokutanostomiya əməliyyatı həyata keçirilib. Əməliyyat uğurla başa çatıb və körpə xəstəxanadan evə buraxılıb.

Ureterokutanostomiya sidik axarının dəri səthinə çıxarılması yolu ilə sidiyin xaricə axmasını təmin edən cərrahi müdaxilədir. Belə əməliyyatlar müəyyən hallarda sidiyin böyrəklərə geri qayıtmasının və sidik yollarında yaranan təzyiqin fəsadlarının qarşısını almaq məqsədilə tətbiq olunur. Konkret xəstədə bu üsulun seçilməsi isə klinik vəziyyət və müayinələrin nəticələri əsasında müəyyən edilir.

Günel Əmiraslanova körpənin müalicəsində iştirak edən Mərkəzi Klinikanın bütün əməkdaşlarına təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
İSİM-in bir qrup işçisi təltif olunub
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Gəncədə 
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!