Ağız qoxusu həmişə diş problemi deyil
11.10.2026 15:47

Ağız qoxusu yalnız ağız boşluğunun gigiyenası və ya diş xəstəlikləri ilə əlaqələndirilməməlidir. Ağız boşluğunda səbəb müəyyən edilmədikdə, xüsusilə yanaşı həzm sistemi şikayətləri olan pasiyentlərdə mədə-bağırsaq sisteminin səbəbləri də nəzərdən keçirilməlidir.

 

Bu barədə Aztibb.az-a ümumi cərrah, cərrah-proktoloq, t.ü.f.d. Anar Əliyev məlumat verib.

 

Həkim bildirib ki, ağız qoxusu Helicobacter pylori infeksiyası, qastroezofageal reflüks xəstəliyi (GERD) və bəzi digər yuxarı həzm sistemi patologiyaları ilə əlaqəli ola bilər. İltihabi bağırsaq xəstəliklərində — Kron xəstəliyi və xoralı kolitdə də ağız boşluğunda müxtəlif dəyişikliklər və halitoz(ağızda qoxu) müşahidə oluna bilər.

 

Onun sözlərinə görə, ağız qoxusu aşağıdakı şikayətlərlə birlikdə müşahidə olunursa, səbəbin yalnız dişlərdə axtarılması kifayət etməyə bilər:

• ürək yanması və turşunun ağıza gəlməsi
• turş və ya xoşagəlməz dad
• tez-tez gəyirmə
• epiqastral nahiyədə ağrı və ya diskomfort
• köp, erkən doyma, həzmsizlik
• ürəkbulanma
• qarında ağrı və şişkinlik
• ishal və ya nəcis ifrazında davamlı dəyişikliklər
• səbəbsiz çəki itkisi.

 

"Xüsusilə ağız qoxusu davamlıdırsa və stomatoloji müayinədə səbəb aşkarlanmayıbsa, anamnez, fiziki müayinə və klinik göstərişlərə uyğun laborator və endoskopik müayinələrlə səbəbin araşdırılması məqsədəuyğundur", - deyə Anar Əliyev əlavə edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Gəncədə 
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!