Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq ginekologiya konfransında iki elmi təqdimatla çıxış edib
11.10.2026 15:19

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev Polşanın Krakov şəhərində keçirilən Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin (ESGE) 35-ci İllik Konfransında iki elmi təqdimatla çıxış edərək öz klinik təcrübəsini beynəlxalq mütəxəssislərlə bölüşüb.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, neyropelvologiyaya həsr olunmuş sərbəst elmi təqdimatlar sessiyasında Sədi həkim 7 dəqiqəlik “Sol obturator çuxurda yerləşən böyük ölçülü retroperitoneal yetkin teratomanın laparoskopik yolla xaric edilməsi” adlı klinik hal təqdimatı ilə və 7 oktyabr 2026-cı il tarixində isə “Sərhədsiz ginekologiya” sessiyasında 15 dəqiqəlik “Nadir lokalizasiyalı tip 8 miomalar” mövzusunda təqdimatı ilə çıxış edib.

 

Hər iki elmi təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Təqdimatlardan sonra mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, klinik hallar və onların müalicə yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb. Konfransın üç günlük əsas elmi proqramı çərçivəsində 40 elmi sessiya təşkil edilib, 400-dən çox məruzə dinlənilib və 500- yaxın poster təqdimatı nümayiş olunub. Proqram çərçivəsində, həmçinin iki canlı cərrahiyyə sessiyası keçirilib.

 

Qeyd edək ki, dünyanın 85 ölkəsindən 2400-dən çox mütəxəssisin qatıldığı beynəlxalq konfrans endoskopik ginekologiya sahəsində ən aktual elmi yeniliklərin, müasir cərrahi yanaşmaların və klinik təcrübələrin müzakirəsi baxımından mühüm platforma olub.

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Oromandibulyar distoniya nədir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
İSİM-in bir qrup işçisi təltif olunub
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 BBSM-da sığorta sahəsində işin təşkili və məsul şəxslərin vəzifələri ilə bağlı təlim keçirilib    
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər