Ağdaş Rayon Mərkəzi Xəstəxanasının müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislərdən ibarət səyyar briqadası tərəfindən rayonun Ərəb kəndində sakinlər üçün tibbi müayinələr təşkil edilib.
Aztibb.az xəbər verir ki, səyyar müayinələr zamanı 41 kənd sakini tibbi müayinədən keçirilib, ümumilikdə 58 adda tibbi xidmət göstərilib. Müayinələr zamanı sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib və zəruri tibbi xidmətlər yerində göstərilib.
Səyyar tibbi müayinələrin keçirilməsində əsas məqsəd kənd və qəsəbələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsidir.
Bu istiqamətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının səyyar tibbi briqadaları tərəfindən əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunması məqsədilə mütəmadi olaraq müxtəlif yaşayış məntəqələrində müayinələr təşkil edilir.

