Bilgəhdə ahılların kardioloji müayinəsi aparılıb
06.10.2026 17:06

29 sentyabr – Dünya Ürək Günü və 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvlərindən ibarət həkim briqadası Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

 

Bu məlumat Aztibb.az-a Cəmiyyətdən verilib.

 

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən müəssisədə yaşayan ahıl şəxslərin ürək-damar sağlamlığının qiymətləndirilməsi məqsədilə Mərkəzi Klinik Xəstəxananın kardioloqlarından ibarət həkim briqadası tərəfindən tibbi müayinələr həyata keçirilib.

 

Aksiya çərçivəsində 50-dən artıq ahıl şəxsin kardioloji müayinəsi aparılıb. Müayinələr zamanı arterial təzyiq ölçülüb, exokardioqrafik müayinələr keçirilib və müayinələrin nəticələrinə əsasən hər bir şəxs üçün müvafiq müalicə kursu müəyyənləşdirilib.

 

Təyin olunan müalicənin davamlılığının təmin edilməsi məqsədilə reseptlərə uyğun ilkin dərman təminatı KRKA şirkətinin dəstəyi ilə həyata keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Dünya Ürək Günü çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və ürək sağlamlığı ilə bağlı maarifləndirməyə yönəlmiş sosial və tibbi tədbirlər mütəmadi olaraq həyata keçirilir.

 

Bilgəhdə keçirilən aksiya da ürək-damar sağlamlığına diqqətin artırılması və ahıl şəxslərin vaxtında kardioloji müayinələrə cəlb olunması məqsədinə xidmət edib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb