Mərkəzi Gömrük Hospitalında maarifləndirici tədbir: “Layiqli əmək – sağlam işçi, sağlam mühit” 
04.10.2026 12:55

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə əməkdaşlığı ilə Mərkəzi Gömrük Hospitalında “Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş “Layiqli əmək – sağlam işçi, sağlam mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Birliyinin sədri Şəhla Mirzəzadə, o cümlədən həkimlər, rezidentlər, tibb bacıları, texniklər və digər əməkdaşlar iştirak ediblər.

 

Tədbirdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım vurğulayıb ki, iş yerində əmək təhlükəsizliyinin təmin olunmasının, əməkdaşların peşəkar fəaliyyəti ilə yanaşı, sağlam və etibarlı iş mühitində çalışmasının göstərilən xidmətin keyfiyyətini birbaşa müəyyən edən əsas amillərdəndir.

 

Tədbirdə həmçinin Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev təşkilatın mövqeyindən çıxış edərək mövzu ətrafında fikir və mülahizələrini bölüşüb. O, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova əməkdaşlığına görə təşəkkürünü bildirib.

 

Daha sonra Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Birliyinin sədri Şəhla Mirzəzadə "Layiqli əmək: təhlükəsiz iş mühiti və əməkdaşların rifahı" mövzusunda çıxış edərək ilk növbədə “Ümumdünya Layiqli Əmək Günü”nün xüsusi əhəmiyyətindən, adekvat iş-istirahət rejimindən, asudə vaxtın təşkilindən və təhlükəsiz iş şəraitinin vacibliyindən söz açıb. O, tibb müəssisələrində əməyin mühafizəsinin müstəsna rolunu vurğulayaraq, Həmkarlar İttifaqının İdarə daxilində bu istiqamətdəki fəaliyyətini diqqətə çatdırıb.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi İlqar Qasımov “Əməyin təhlükəsizliyi: peşə sağlamlığı və ətraf mühit” mövzusunda çıxış edərək iş yerində təhlükəsizlik texnologiyalarının tətbiqi, peşə sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən bəhs edib. Daha sonra isə həkim-infeksionist Mədinə Abdullayeva “Tibb işçilərinin peşə təhlükəsizliyi” mövzusunda çıxış edərək tibb heyətinin gündəlik fəaliyyətində infeksion təhlükəsizlik qaydaları, qoruyucu vasitələrdən düzgün istifadə və peşə risklərinin minimuma endirilməsi barədə ətraflı məlumat verib.

 

Tədbir interaktiv müzakirələrlə, iştirakçıları maraqlandıran sualların cavablandırılması və irəli sürülən təkliflərin dəyərləndirilməsi ilə başa çatıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub