Virusoloq Honq-Konq qripinin ilk əlamətlərini açıqlayıb
Temperaturun kəskin yüksəlməsi, halsızlıq, əzələ ağrıları və bədən sındırması «Honq-Konq qripi» kimi tanınan qripin ilk əlamətləri ola bilər.
Aztibb.az "RİA Novosti"yə istinadən yazır ki, tibb elmləri doktoru, infeksionist və virusoloq Yelena Malinnikova sözlərinə görə, «Honq-Konq qripinin əlamətləri temperaturun kəskin və sürətlə yüksəlməsi, halsızlıq, əzələ ağrıları, baş ağrısı və bədən sındırmasıdır. Lakin bu virusun daha bir mühüm xüsusiyyəti var – temperaturun dalğavari şəkildə yüksəlməsi. Temperatur bir müddət aşağı düşür, sonra yenidən yüksəlir.
Qeyd edib ki, təxminən növbəti gün bu əlamətlərə öskürək, boğaz ağrısı və burun axması da əlavə oluna bilər. Bununla belə, yalnız simptomlara əsasən qripin məhz «Honq-Konq» variantını müəyyən etmək mümkün deyil. Bunun üçün laborator müayinə tələb olunur.
Virusoloq infeksiyanın ağır gedişi və fəsadlaşma riskini azaltmaq üçün peyvənd olunmağı da tövsiyə edib. Onun sözlərinə görə, Rusiyanın regionlarında 2026–2027-ci il mövsümü üçün aktual qrip vaksinləri artıq mövcuddur.
Rospotrebnadzor daha əvvəl 2026–2027-ci il qrip mövsümü üzrə peyvənd kampaniyasına start verildiyini açıqlayıb. Qurum vaksinasiya üçün sentyabr və oktyabr aylarını optimal dövr hesab edir. Peyvənddən sonra qoruyucu immun cavabın formalaşması təxminən iki-üç həftə çəkir. Bu mövsüm istifadə olunan vaksinlərin tərkibinə A(H3N2) variantı da daxildir.

