"Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01.10.2026 21:51

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) "Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, İSİM-in 20 illik fəaliyyətinə həsr olunan konfransda dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, səhiyyə sahəsinin nümayəndələri, tibb işçiləri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirin rəsmi hissəsində çıxış edən ASİHİRK sədri Elnara Muradova ictimai səhiyyənin inkişafında səhiyyə işçilərinin roluna, onların peşəkar və sosial rifahının dəstəklənməsinin əhəmiyyətinə toxunub, bu istiqamətdə qurumlararası əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Konfrans çərçivəsində İSİM-in 20 illik fəaliyyəti, həyata keçirilən layihə və tədqiqatlar, ictimai səhiyyənin müasir çağırışları və gələcək inkişaf istiqamətləri barədə təqdimatlar keçirilib, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi, qeyri-infeksion xəstəliklərin risk amilləri, reproduktiv sağlamlıq, ətraf mühit və rəqəmsal səhiyyə həlləri ilə bağlı aktual məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir