Uşaqda böyümə sıçrayışının mənfi əlaməti - Əməliyyatla müdaxilə edildi
01.10.2026 09:20

Moskva vilayətində həkimlər sürətli böyümə nəticəsində sağ əlinin baş barmağında deformasiya yaranan qız uşağını əməliyyat ediblər.

Aztibb.az "Life" portalına istinadən xəbər verir ki, valideynləri uşağın əlində forma dəyişikliyi müşahidə etdikdən sonra onu müayinəyə aparıblar. Müayinə zamanı intensiv toxuma inkişafı nəticəsində baş barmağın normal vəziyyətindən kənara çıxdığı və barmaqla yanaşı barmaq arasındakı məsafənin daraldığı müəyyənləşib. Bu vəziyyət uşağa narahatlıq yaradır və əl funksiyalarının pozulması riski daşıyırdı.

Mütəxəssislər bildiriblər ki, uşaqlarda hətta kiçik anatomik dəyişikliklər də böyümə prosesində sürətlə dərinləşə bilər. Vaxtında müdaxilə edilmədikdə ağrı, incə motorikanın və hərəkət koordinasiyasının pozulması, eləcə də hərəkət məhdudiyyəti yarana bilər.

Həkimlər əməliyyat zamanı barmaqlar arasındakı sahənin plastikasını həyata keçirərək baş barmağın anatomik quruluşunu bərpa ediblər. Müdaxilə gələcək fəsadların və daha mürəkkəb əməliyyata ehtiyacın qarşısını almağa imkan verib.

Kiçik pasiyent artıq evə buraxılıb. Onun əl funksiyasının tam bərpası üçün ambulator şəraitdə reabilitasiya davam etdiriləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə