Universitet həyatı yalnız akademik biliklərin deyil, eyni zamanda sağlam sosial münasibətlərin və şəxsiyyətin formalaşdığı mühüm bir mərhələdir. Bu mühitdə qarşılıqlı hörmətin, empatiyanın və düzgün ünsiyyətin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasının psixoloqu İlahə Hacıyeva bildirib.
Onun sözlərinə görə, bullying – fiziki və psixoloji zorakılığın müxtəlif formaları tələbələrin özünəinamına, psixoloji vəziyyətinə və təhsil motivasiyasına mənfi təsir göstərə bilər. Belə halların qarşısının alınması üçün sağlam psixoloji mühitin yaradılması, fərqliliklərə hörmət və qarşılıqlı dəstək mədəniyyətinin formalaşdırılması vacibdir.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin klinikalarında tələbələrin psixoloji rifahının qorunması və ehtiyac duyduqları dəstəyin göstərilməsi məqsədilə psixoloqlar fəaliyyət göstərir.
Unutmayaq ki, güclü cəmiyyət hörmət, anlayış və empatiya üzərində qurulur. Bullying-ə yox, sağlam ünsiyyətə və qarşılıqlı hörmətə bəli deyək!

