“Elmi tədqiqatdan elmi məqaləyə” adlı seminar keçiriləcək
03.10.2026 10:09
Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elmi tədqiqatdan elmi məqaləyə” adlı seminar keçiriləcək.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Bildirilib ki, seminarın spikeri: b.ü.f.d., dosent Fuad Rzayev — h-indeksi 14 (WOS, Scopus) olan tədqiqatçı, Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, 180-dən çox elmi nəşrin müəllifi və həmmüəllifidir. Elmi işləri Web of Science və Scopus bazalarında indekslənir, o cümlədən Q1 və Q2 kateqoriyalı nüfuzlu beynəlxalq jurnallarda dərc olunur.
 
Tədbir 16 oktyabr 2026-cı il tarixində saat 14:30-da Azərbaycan Tibb Universitetinin 4 saylı tədris binasının 2-ci mərtəbəsində yerləşən akt zalında keçiriləcək.
Seminarda elmi tədqiqatın planlaşdırılması, tədqiqat nəticələrinin elmi məqalə şəklində təqdim edilməsi, elmi məqalələrin hazırlanması və nəşrə təqdim olunması ilə bağlı aktual məsələlər müzakirə ediləcək.
 
İştirak üçün qeydiyyat posterdə göstərilən QR kod vasitəsilə həyata keçirilir.
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş