Bu ilin yanvar-avqust aylarında icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
30.09.2026 12:12

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində 66 milyon tibbi xidmət göstərilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, qeydə alınan xidmətlərin 88 faizini ambulator, 12 faizini isə stasionar xidmətlər təşkil edib. Hesabat dövründə dövlət tibb müəssisələrinə 4,4 milyondan çox şəxs tərəfindən ümumilikdə 17,7 milyon müraciət daxil olub. Müraciət edənlərin 1,4 milyona yaxını uşaqlardır.

 

2026-cı ilin yanvar-avqust aylarının göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi artımla diqqət çəkir. Belə ki, ötən illə müqayisədə pasiyentlərin sayı 3,1 faiz, müraciətlərin sayı 7,9 faiz, göstərilən tibbi xidmətlərin ümumi sayı isə 9 faiz artıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə